Ceyhun Bayramov rumıniyalı həmkarı ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində Rumıniyanın xarici
işlər naziri Oana Toiu ilə görüşüb.

Trend-in
Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata
görə, tərəflər enerji təhlükəsizliyi, iqtisadiyyatın
şaxələndirilməsi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində
perspektivləri vurğulayaraq, iqtisadi və ticarət əməkdaşlığın
genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, birgə yaşıl enerji layihələri və Orta Dəhliz
çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları
müzakirə edilib.

C.Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət və
Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə də
məlumat verib.