Ceyhun Bayramov Kaya Kallasla görüşüb

Baş səhifə

Bakı. Trend:

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa
Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Aİ arasında münasibətlərin hazırkı
vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və gələcək imkanları
müzakirə ediblər. Həmçinin siyasi dialoqun gücləndirilməsi, ticarət
və iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat,
davamlı inkişaf və humanitar təşəbbüslər kimi sahələrdə birgə
səylərin artırılması müzakirə olunub.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi
aparıb və Azərbaycanla Ermənistan arasında davam edən sülh
prosesini müzakirə ediblər.