
Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam şəkildə istifadəyə
verildiyi halda, həm İran, həm Azərbaycan, həm də regionun digər
ölkələrinin mənafeyi istiqamətində fəaliyyət göstərəcək.
Bunu Trend-ə özəl müsahibəsində İranın
Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.
Səfir bildirib ki, məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin
qərb marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinə
birləşdirir.
Dəmirçilu qeyd edib ki, hazırda Rusiyanın iştirakı ilə
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara
dəmiryolunun tikintisi istiqamətində işlər aparılır.
İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavə
İran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradan
qaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.
“Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
potensialından istifadə etmək üçün infrastrukturlar diqqət
mərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları da
inkişaf etdirmək lazımdır”, – deyə o qeyd edib.

