
Bakı. Trend:
Ağdamda minik avtomobili yanıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Quzanlı
Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən
keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı
35 BN 249 dövlət qeydiyyat nişanlı avtomobil anidən alovlanıb.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 maşını
və şəxsi heyəti cəlb olunub. Yanğının ətrafdakı avtomobillərə
keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb