
Bakı. Trend:
Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başa
çatacağı gözlənilir.
Bu barədə Trend-ə özəl müsahibəsində İranın
Azərbaycandakı səfiri Muctaba Dəmirçilu məlumat verib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı
üzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşa
işlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb.
Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başa
çatdırılıb.
Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfa
istiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyata
keçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolun
genişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.
“Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur.
Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlı
şəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edə
biləcəklər”, – deyə o qeyd edib.