Ərdoğan: ABŞ ilə ticarət dövriyyəmiz 35 milyard dolları keçib

Baş səhifə

“Türkiyənin ABŞ ilə ticarət dövriyyəsi 35 milyard dolları keçib”

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu BMT Baş Assambleyası çərçivəsində ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, ABŞ ilə ticarət dövriyyəsi 35 milyard dolları keçib. O, həmçinin müdafiə sənayesi əməkdaşlığının müttəfiqlik ruhuna uyğun şəkildə maneə və məhdudiyyətlərdən tezliklə azad olunmasının vacibliyini də vurğulayıb.

“ABŞ ilə enerji, kibertəhlükəsizlik, kosmos sahələrini əhatə edən sektorlarda əməkdaşlıq imkanlarını dəyərləndirərək münasibətlərimizdəki dinamikanın sürətlənməsini gözləyirik”, – o deyib.

Dəryanur Cəfərova

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir