
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri
Volodimir Zelenski ilə görüşəcək.
Trend xəbər verir
ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat
katibi Kerolayn Livitt bildirib.
“Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa
İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək”, – Livitt
əlavə edib.
Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya,
Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə
çoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.

