
HAMAS ilə İsrail arasındakı vasitəçi tərəflər Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsi və iki aylıq atəşkəsin daxil olduğu yeni atəşkəs təklifi irəli sürüblər.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təklifin şərtləri çərçivəsində Qəzzada atəşkəsin iki ay davam edəcəyinə və humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair zəmanət verilməsi müqabilində HAMAS anklavında saxlanılan 10 canlı girovu, həmçinin iki amerikalı girovun cəsədini təhvil verməlidir.
Mənbələrin bildirdiyinə görə təklifə hələ ki, nə HAMAS, nə də İsrail cavab verib.