
Bakı. Trend:
İngiltərənin “Mançester Siti” klubunun italiyalı qapıçısı
Canluici Donnarumma “France Football” jurnalı tərəfindən ilin ən
yaxşı qapıçısı Lev Yaşin mükafatına layiq görülüb.
Trend xəbər verir
ki, mükafatlandırma mərasimi Parisdəki Şatl Teatrında
keçirilir.
26 yaşlı Donnarumma daha əvvəl 2021-ci ildə bu mükafatı
qazanaraq, ikinci dəfə Ən Yaxşı Qapıçı tituluna sahib olub. Ötən
mövsüm o, PSJ ilə Çempionlar Liqası, liqa və Fransa kubokunu
qazanıb.