İlin ən yaxşı klubları və bombardirləri müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

“Qızıl Top” təltifetmə mərasimində ilin ən yaxşı klubu
açıqlanıb.

Trend xəbər verir
ki, bu ada Fransanın PSJ klubu layiq görülüb. Ötən il bu mükafata
İspaniyanın “Real Madrid” komandası sahib olmuşdu.




Qadın futbolunda isə mövsümün ən yaxşı klubu “Arsenal” seçilib.
Klub Çempionlar Liqasını qazanaraq finalda İspaniya çempionu
“Barselona”nı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu İvana
Martinçiç vurub.

Həmçinin, “Barselona”nın hücumçusu Eva Payor və Viktor Dyökereş
(“Sportinq”/“Arsenal”) Herd Müller kubokuna layiq görülüblər. Bu
kubok (kişi və qadın futbolunda ən yaxşı bombardir üçün) Luiş Fiqu
tərəfindən təqdim olunub.