Sabirabadda zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda zəlzələ
qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası
3,0 olub.




Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.