
Bakı. Trend:
ABŞ-nin Boeing şirkəti yeni altıncı nəsil F-47 qırıcı
təyyarəsinin ilk prototipinin istehsalına start verib.
Trend xəbər verir
ki, bu barədə The War Zone məlumat yayıb.
Məlumata görə, qırıcının ilk sınaq uçuşu 2028-ci ilə
planlaşdırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid
Alvin proqramın sürətləndirilmiş templə irəlilədiyini bildirib.
Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185 ədəd əldə
etməyi planlaşdırır. Hər bir təyyarənin təxmini dəyəri 300 milyon
dollardan çoxdur.

