
Bakı. Trend:
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Nyu-Yorkda 80-ci
BMT Baş Assambleyasının çərçivəsində Surinamın Xarici İşlər,
Beynəlxalq Biznes və Əməkdaşlıq naziri Melvin Bouva ilə
görüşüb.
Trend xəbər verir
ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi,
iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin BMT,
Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə
olunub.
Nazirlər həmçinin “Azərbaycan Respublikası Hökuməti və Surinam
Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara
malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”i
imzalayıblar.

