Samuxda minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Baş səhifə

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına hadisə rayon ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü 2005-ci il təvəllüdlü K. Qurbanzadə, sərnişinlər 2003-cü il təvəllüdlü M. Bağırov, 2007-ci il təvəllüdlü E. Hüseynzadə və 2004-cü il təvəllüdlü E. Hüseynovdur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.