
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Özbəkistanı “Boeing” şirkəti ilə
təxminən 8 milyard dollarlıq müqavilə imzalaması münasibətilə
təbrik edib.
Trend xəbər verir
ki, bu barədə Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.
“Bu gün mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “Boeing”
şirkəti ilə böyük müqavilə imzalaması münasibətilə təbrik etmək
istəyirəm! Uzbekistan Airways 8 milyard dollardan çox qiymətə 22
ədəd Boeing Dreamliner 787 təyyarəsi alır”, – deyə Tramp yazıb.
O əlavə edib: “Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq.
Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqa
məsələlərdə birgə işləməyə davam edəcəyik”.