
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin Qida və Dərman
Administrasiyası (FDA) hamiləlik zamanı asetaminofen (parasetamol
və ya Tylenol kimi tanınır) istifadəsinin uşaqlarda autizm riskini
artırdığını tövsiyə edəcək.
Trend xəbər verir
ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.
Trampın sözlərinə görə, təxminən 20 il əvvəl ABŞ-da autizm hər
10 000 uşaqdan yalnız birində müşahidə olunurdusa, son illərdə bu
göstərici xeyli artıb: “İndi isə hər 31 uşaqdan birinə bu diaqnoz
qoyulur”.
O əlavə edib ki, bəzi ştatlarda, o cümlədən Kaliforniyada,
autizm hər 12 oğlandan birində qeydə alınır.