Ərdoğan Trampla F-35 və F-16 tədarükü məsələsini müzakirə etməyi planlaşdırır

Baş səhifə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 və F-16 qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırır.

APA xəbər verir ki, bu haqda o, “Fox News” telekanalına müsahibəsində danışıb.

“Hələ birinci prezidentliyi dövründə cənab Trampdan soruşanda o cavab verdi ki, Türkiyə F-35-lərin pulunu ödəyib, amma onları almayıb. O bunu mətbuat qarşısında dedi. İndi biz bu məsələni yenidən müzakirə etməyi düşünürük. Biz ABŞ-dan həm F-35-lər, həm də F-16-lar, onların istehsalı, saxlanması və sairlə bağlı lazım olanı edəcəyini gözləyirik”, – Türkiyə prezidenti əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir