Hyundai ABŞ-də yüz minlərlə avtomobili geri çağırır

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya şirkəti 2020–2025-ci illərdə istehsal olunmuş və
ABŞ-da satılan 568 580 “Palisade” krossoverini geri çağırıb.

Trend xəbər verir
ki, səbəb kimi təhlükəsizlik kəməri tokalarındakı qüsur göstərilir.
Onların düzgün bağlanmaması qəza zamanı ciddi yaralanma riski
yarada bilər.




ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi
Administrasiyasının (NHTSA) məlumatına görə, problem səhv ölçüdə
olan toqqa birləşmələri ilə əlaqəlidir.

Qeyd edək ki, kəmərlərlə bağlı araşdırma hələ 2023-cü ildə
başlanılıb.