“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
qadınların avtoidman sahəsində rolunu önə çıxaran “Women in Formula
One” tədbirinin sponsoru qismində çıxış edir.

“Formula 1 Azərbaycan Qran-Prisi”ndən əvvəl 19 sentyabr 2025-ci
il tarixində Bakıda keçirilən tədbir avtomobil idmanında qadın
istedadını və liderliyini vurğulayan yeni bir platformadır. Bu
platforma həm yerli, həm də beynəlxalq səviyyədə qadın liderliyinə
diqqət çəkərək, iştirakçılara unikal təcrübə və geniş şəbəkələşmə
imkanları təqdim edəcək. Tədbir qadınların avtoidman sahəsində
artan rolunu nümayiş etdirməyi və gənc nəsli ruhlandırmağı
hədəfləyir.

Beynəlxalq səviyyəli peşəkar ekspertlərin iştirakı ilə keçirilən
tədbiri giriş sözü ilə açan “PAŞA Bank”ın insan resusları üzrə baş
direktoru Zibeydə Hacıyeva qeyd edib ki, layihəyə sponsorluq Bankın
qadınların liderliyini, eləcə də müxtəlifliyi dəstəkləmək
öhdəliyinin daha bir nümunəsidir.

“Bu tədbir yalnız qadınların avtomobil idmanında nailiyyətlərini
qeyd etmir, həm də gələcək nəsillərə ilham verir. Biz inanırıq ki,
qadınların uğuru cəmiyyətin inkişafını sürətləndirir və hər bir
gənc qız öz xəyallarının gerçək ola biləcəyinə inanmalıdır,”- deyə,
Hacıyeva bildirib.




Qeyd edək ki, “PAŞA Bank” bütün fəaliyyət sahələrində qadınların
peşəkar inkişafı, eləcə də sosial həyatda iştirakının
gücləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstək verir. Son illərdə
Bank bu istiqamətdə tədbirlər, proqramlar və beynəlxalq layihələrdə
tərəfdaş olaraq fəal iştirak edib.