DİN BNMİ-dən növbəti əməliyyat: 30 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı.Trend:

DİN BNMİ-dən növbəti əməliyyat: 30 kq narkotik vasitə
aşkarlanıb.

Trend Xəbər
verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeyd
edilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və
Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram
590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana
aşkarlanıb:




“İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə
girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri
və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi
planlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdən
yayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi ilə
məhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərin
daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir”,-əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir