Cərimələr və inzibati tədbirlər – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən müəssisələrdə yoxlama aparılıb və həmin müəssisədə
nöqsanlar, sanitariya qayda pozuntuları aşkar olunarsa, inzibati
xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə
(İXM) uyğun olaraq inzibati tənbeh tədbirləri, yəni cərimə
protokolu tərtib edilə bilər.

Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika
Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji
məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM)
“Sağlam səhər” verilişində açıqlayıb.




Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq,
sanitariya-gigiyena rejim üçün görülən tədbirlərə əməl olunmaması
İXM-nin 211-ci maddəsi ilə, tibb və təhsil müəssisələrində
sanitariya-gigiyena rejimin pozulmasına İXM-nin 216-cı maddəsi ilə,
gözəllik salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz
qaydaların pozulmasına İXM-nin 218-ci maddəsi ilə, İçməli suyun
keyfiyyəti standartlara uyğun olmaması İXM-nin 265-ci maddəsi ilə,
ictimai yerlərdə tütün üçün ayrılan yerlər düzgün təşkil
olunmamamasına görə isə İXM-nin 212-ci maddəsi ilə inzibati
tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir