
Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda
səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazirinin müavini İran Prezidentinə Prezident
İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə
Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı
əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının
davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.
İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan
Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

