
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan 1842 ədəd müxtəlif çaplı patron aşkar olunaraq
götürülüb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Sentyabrın 22-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança,
17 qumbara, 9 alışdırıcı, 1 partladıcı, 10 tüfəng, 21 patron
darağı, 1842 ədəd müxtəlif çaplı patron və 3 ədəd süngü bıçaq aşkar
edərək götürüblər.

