İçməli suyun keyfiyyətinə nəzarət tədbirləri – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

Baş səhifə

Bakı. Trend:

İçməli suyun keyfiyyətli və təhlükəsiz olması insanların
sağlamlığı üçün çox vacibdir. Dövlət sanitariya nəzarəti xidməti bu
sahəyə xüsusi diqqət yetirir və mütəmadi olaraq ölkənin şəhər və
kəndlərindəki su anbarları, su təmizləyici qurğular və su
şəbəkələri yoxlanılır.

Trend
xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin Respublika Gigiyena və
Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə
müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində açıqlayıb.

Onun sözlərinə görə, yoxlamalar zamanı suyun kimyəvi,
bakterioloji və digər göstəriciləri laboratoriyada müayinəsi
aparılır:




“Əgər müayinə nəticələri göstərirsə ki, su standartlara cavab
vermir və təhlükəsizlik göstəriciləri qeyd olunarsa, o zaman
tərəfimizdən bu barədə aidiyyəti cavabdeh qurumlar rəsmi şəkildə
məlumatlandırılaraq, təkliflər verilir. Eyni zamanda, ehtiyat su
anbarları ildə ən azı bir dəfə təmizlənməli və dezinfeksiya
olunmalıdır. Ancaq bəzi Mənzil Tikinti Kooperativləri bu tələblərə
riayət etmədiyinə görə, orada toplanan suyun keyfiyyəti ilə bağlı
vətəndaşların narazılıqları barədə müraciətlər daxil olur.
Bildirmək istəyirik ki, Mənzil Tikinti Kooperativləri sahibkarlıq
subyektləri olduqlarından həmin ünvanlarda müayinələrin aparılması
müvafiq Qanununun tələblərinə uyğun həyata keçirilə bilər”.

S.Nəcəfova bildirib ki, həmçinin, çox zaman köhnə binaların
zirzəmilərində toplanan su ilə bağlı şikayətlər daxil olur:

“Bu hallarda laborator müayinələr aparılaraq, həmin suyun
mənşəyi müəyyənləşdirilir və problemi aradan qaldırılması üçün
aidiyyəti üzrə cavabdeh qurumlara təkliflər verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir