
Bizim əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaq, onları bugünkü və gələcək nəsillərin xeyrinə yönəltməkdir.
“APA-Economics” xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktor müavini Rövşən Cavadov deyib.
O bildirib ki, investisiya portfelimiz qlobal və diversifikasiya olunub, yəni fond olaraq ölkə daxilində investisiya edə bilmirik.
“Dövlət Neft Fondunun ölkənin inkişaf gündəliyinə töhfəsi iki əsas prinsip üzərində qurulub. Birincisi – fiskal və makroiqtisadi sabitliyin təmin edilməsi, ikinci isə beynəlxalq əlaqələr və etibarlılıqdan istifadə edərək Azərbaycanda investor etimadının gücləndirilməsidir”, – deyə əlavə edib.