
Bakı. Trend:
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək
ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət
iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Trend-in xəbərinə görə, rayon sakini Nihat Babayev
idarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yol
hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq
hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq
baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində
məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs
edilib.