
Bakı. Trend:
2025-ci ilin iyul ayında ailə başçısını itirməyə görə 188 106
nəfərə pensiya və müavinət ödənilib.
Trend
xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, onlardan 135 900 nəfərdən çoxu pensiya, 52 100
nəfərdən çoxu isə müavinət alıb.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında ailə başçısını itirməyə
görə 189,8 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox
şəxs isə müavinət alıb.

