
Bakı.Trend:
Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun
direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda
səfərdədir.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və
institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və
korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar
beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu
kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi
istiqamətində fəal siyasət həyata keçirir:
“Bu çərçivədə, Tanzaniya Birləşmiş Respublikasının Dövlət
prokurorluğunun direktoru Silvester Antoni Mvakitalunun rəhbərlik
etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Silvester Antoni
Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirib”.