
Baş nazirinin müavini Şahin Mustafayev Təbrizə səfər edib.
Metbuat.az xəbər verir ki, bu barədə İranın Yollar və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın Anlaşma Memorandumunu izləmək və birgə nəqliyyat layihələri ilə tanış olmaq məqsədi ilə İrana üç günlük səfəri çərçivəsində Təbrizə gedib.
Səfər zamanı Ş.Mustafayev İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyaya rəhbərlik edən yollar və şəhərsalma naziri Fərzaneh Sadiqin müşayiəti ilə Kəlalə-Culfa avtomobil yoluna və Kəlalə-Ağbənd sərhəd körpüsünə baş çəkəcək.
Bu səfər zamanı iki ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələsi diqqət mərkəzində olacaq.