
Bakı. Trend:
“Arsenal” hücum xəttini yeni oyunçu ilə gücləndirməyi
planlaşdırır.
Trend
xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqa nəhənginin
əsas hədəflərindən biri “Real Sosyedad”da çıxış edən Takefusa
Kubodur.
Yaponiyalı hücumameyyilli yarımmüdafiəçinin klubu ilə
müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var. “Arsenal”
isə 24 yaşlı oyunçu ilə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, “Real Sosyedad” Takefusa Kubonu 2022-ci ilin
yayında Madrid “Real”ından transfer edib.