
Bakı. Trend:
Ən böyük hədəflərimizdən biri Azərbaycanda tibbi turizmin
inkişaf etdirilməsidir.
Trend xəbər
verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən 1-ci
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə
bildirib.
Onun sözlərinə görə, tibbi turizmin inkişaf etdirilməsi üçün
TƏBİB uzun müddətdədir tədbirlər görür: “Mart ayında Azərbaycan
Respublikasında bizim maraq dairəmizdə olan bir çox xarici
ölkələrin tibbi turizm sahəsində çalışan şirkətləri ölkəmizə dəvət
olunub. Gələn ilin mart ayında tibbi turizm sahəsi üzrə tanışlıq
məqsədilə həm TƏBİB tabeliyində olan tibb müəssisələri ilə, həm də
özəl müəssisələrlə tanışlıq məqsədilə nümayəndələrin ölkəmizə
səfəri gözlənilir”.
Sədr qeyd edib ki, bu məqsədlə 50-yə yaxın ölkənin nümayəndə
heyətinin Azərbaycana gəlməsi nəzərdə tutulub.