Lənkəranın bu ərazisində qaz kəsiləcək

Baş səhifə
Bakı.Trend:

Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” qaz paylayıcı
stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti
üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması
məqsədilə, 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə 14
000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə Lənkəran Rayon qaz İstismar İdarəsindən məlumat
verilib.




Bildirilib ki, 24.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən
Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta,
Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran,
Moğonojba, Şürük, Şıxəkəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə,
Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim,
Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq
dayandırılacaqdır.

“Qaz təchizatı avadanlıqlarını
nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə
riayət etməyinizi xahiş edirik”, – əlavə olunub.