
Bakı. Trend:
Səhiyyə sektorunda kadr çatışmazlığı ən ciddi problemlərdən
biridir.
Trend xəbər
verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən 1-ci
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə
bildirib.
O bu problemdən həll yolunu da göstərib: “Gələcəkdə bu sahədə
kadr çatışmazlığının aradan qaldırılması üçün telesəhiyyə
xidmətinin ölkəmizdə də tətbiqinə ehtiyac var”.
Qeyd edək ki, telesəhiyyə müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə tibbi xidmətlərin uzaq
məsafədən göstərilməsi deməkdir. Sadə dillə desək, həkimlə xəstənin
eyni yerdə olmadan, telefon, internet və ya xüsusi proqramlar
vasitəsilə əlaqə quraraq müayinə, məsləhət və diaqnostika
aparmasıdır.