
Bakı. Trend:
Azərbaycanda keçirilən beynəlxalq sərgilər investisiyaların cəlb
olunması və yeni biznes əlaqələrinin qurulması üçün mühüm
platformadır. Bu sərgilər dünyanın aparıcı şirkətlərini və sənaye
liderlərini bir araya gətirir, dövlət qurumlarının dəstəyi ilə
təşkil olunur ki, bu da Bakının regionda əsas biznes məkanı kimi
mövqeyini möhkəmləndirir.
Etibarlı və tanınan milli brendlər kimi bu sərgilər artıq qlobal
sərgi təqvimində layiqli yerini tutaraq, dünyanın aparıcı
beynəlxalq tədbirləri sırasına daxil olub.
Azərbaycanın ən iri və etibarlı maliyyə institutlarından biri
olan PASHA Bank, 2025-ci ilin payızında və 2026-cı ilin yazında
Bakıda “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO)
tərəfindən təşkil ediləcək beynəlxalq sərgilərin rəsmi bankı
qismində çıxış edir.
Bu əməkdaşlıq bazar liderlərinin güclü sinerjisini nümayiş
etdirir və sərgilərin yüksək statusunu, eləcə də ölkənin iqtisadi
inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.
25 ildən artıq fəaliyyəti dövründə “Iteca Caspian” və “Caspian
Event Organisers” (CEO) şirkətləri özünü beynəlxalq sərgilərin və
konfransların təşkilində aparıcı oyunçular kimi təsdiqləmiş,
dünyanın minlərlə iştirakçısını, investoru və ekspertini bir araya
gətirmişdir.
“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin
direktoru Fərid Məmmədovun sözlərinə görə, PASHA Bank kimi
tərəfdaşla əməkdaşlıq bu sərgilərin yüksək səviyyəsini və
əhəmiyyətini daha da vurğulayır:
“PASHA Bank ilə əməkdaşlıq effektiv bir sinerjidir. Biz çalışırq
ki, hər bir sərgimiz iştirakçılar üçün maksimum səmərəli olsun.
Ölkənin aparıcı bankı ilə tərəfdaşlıq müştəri xidmətlərini yüksək
səviyyədə saxlamağa və yeni istiqamətlərin inkişafına imkan
verəcək”.
“Iteca Caspian və “Caspian Event Organisers” ilə əməkdaşlıq və
onların təşkil etdiyi beynəlxalq sərgilərdə iştirak etmək kiçik və
orta biznesin inkişafına töhfə vermək üçün böyük imkan yaradır.
Əminik ki, “Iteca Caspian və “Caspian Event Organisers” tərəfindən
təşkil olunan çoxprofilli sərgilər investisiya, innovasiya və yeni
ideyaların mərkəzinə çevrilərək, sahibkarların təcrübə mübadiləsi
aparmasına və imkanlarını genişləndirməsinə şərait yaradır. Bu isə
biznesin maliyyə sabitliyini daha da möhkəmləndirir. PASHA Bank
real sektorun etibarlı tərəfdaşı kimi biznesin inkişafı üçün
əlverişli mühitin formalaşdırılması, iqtisadiyyatımızın daha
dayanıqlı və rəqabətqabiliyyətli olması istiqamətində təşəbbüsləri
dəstəkləməyə davam edəcək”, – deyə PASHA Bank-ın Korporativ və
İnstitusional Bankçılıq seqmentinin idarəedici direktoru Heydər
Süleymanov qeyd etmişdir.
Sərgilər çərçivəsində PASHA Bank bir sıra tədbirlər və
təqdimatlar keçirəcək. Ziyarətçilər PASHA Bank-ın məhsul və
xidmətləri ilə birbaşa sərgi məkanında tanış ola biləcəklər. Bu isə
biznes əməkdaşlığının qurulması və müasir maliyyə həllərinin əldə
olunması üçün əlavə imkanlar yaradacaq. Təqdim olunacaq xidmətlərə
aşağıdakılar daxildir:
- Hesabların ekspress açılması və kartların birbaşa sərgi
məkanında rəsmiləşdirilməsi; - İştirakçılar üçün xüsusi maliyyə təklifləri;
- Beynəlxalq ödənişlər və tranzaksiyalara dəstək;
- Xarici qonaqlar üçün rahat xidmətlər.
Uzunmüddətli əsasda nəzərdə tutulmuş bu tərəfdaşlıq Bakıda
keçirilən bütün irimiqyaslı beynəlxalq sərgiləri əhatə edir.
Onların sırasında “BakuBuild”, “Caspian Agro”, “InterFood
Azerbaijan”, “Aquatherm Baku”, “Rebuild Karabakh”, “Medinex” və s.
yer alır.
Təşkilatçılar əmindirlər ki, bu əməkdaşlıq regionda biznes
tədbirlərinin təşkilində yeni keyfiyyət standartı yaradacaq və
Azərbaycana yeni iştirakçıların, investisiyaların və layihələrin
cəlb olunmasına güclü stimul verəcək.

