
Bakı. Trend:
III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində
azarkeşlər üçün fan zonalar təşkil olunacaq.
Trend xəbər
verir ki, Gəncədə əyləncə zonası şəhərin İcra Hakimiyyəti binasının
qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan
zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və
mədəni proqramlarla zəngin bir məkan olacaq:
Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları,
foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və
incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları
daxildir.
Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar
səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə
bayram ab-havası yaşadacaq.
“Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci
il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə,
Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və
bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq”,-əlavə
edilib.

