Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub

Baş səhifə

Bakı. Trend:

18-19 sentyabr tarixlərində Maltanın Valetta şəhərində
“Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli
cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi”
mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı
keçirilib. Konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının
rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və
digər rəhbər şəxslər iştirak ediblər.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib:

“Konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviri
Seyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlı
hüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflı
məlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi və
əlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədə
iştirakçıları məlumatlandırıb”.




Həmçinin, konfrans çərçivəsində “Cinayət işləri üzrə qarşılıqlı
hüquqi yardım haqqında” Avropa Konvensiyanın 3 saylı əlavə
protokolu (“Valetta” protokolu) imzaya açıq elan edilib. Bununla
bağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayət
məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə
Ekspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə Nazirliyinin
Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiq
Protokolun hazırlanması zərurəti, onun fəaliyyətin
təkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrə
tədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir