Astarada torpaq sürüşməsi baş verən ərazidə hazırda heç bir iş görmək mümkün deyil – Bələdiyyə sədri

Baş səhifə

Bakı.Trend:

Sentyabrın 22-də Astaranın Niləşə kəndində təqribən 100 metrə
yaxın torpaq sürüşüb. Dağlardan gələn sel suları irigövdəli qurumuş
ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi
körpülərin, suötürücü boruların qarşısını kəsib.

Astara rayon Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev
Trend
açıqlamasında bildirib ki, Niləşə kəndində torpaq sürüşməsi baş
verən ərazidə hazırda heç bir bərpa işi görmək mümkün deyil.

“Baş verən torpaq sürüşməsi nəticəsində kənd sakini Günay
Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.
Yamacın üst hissəsi-dağlardan gələn sel suları irigövdəli qurumuş
ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi
körpülərin, suötürücü boruların qarşısını kəsib”.




Bələdiyyə sədri vurğulayıb ki, sürüşmə nəticəsində dağılan ərazi
hissə-hissə bərpa edilməlidir.

“İsti hava şəraiti olmalıdır ki, torpağın daxilinə dolmuş su tam
çəkilib getsin, bundan sonra həmin ərazidə bərpa işlərinə
başlanılacaq”,-R.Dədəyev bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir