Bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il
saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı
küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq
aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin
hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam
məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat verib.




Bildirilib ki, sürücülərdən göstərilən tarixlərdə alternativ
yollardan istifadə etmələri tövsiyə olunur.

“Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik”,- deyə
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir