Rusiyada 6 saat ərzində 60-a yaxın Ukrayna PUA-sı vurulub

Baş səhifə

Rusiya ərazisində 6 saat ərzində 58 Ukrayna PUA-sı vurulub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “bu gün Moskva vaxtı ilə saat 8:00-dan 14:00-a kimi Hava Hücumundan Müdafiə sistemləri Belqorod, Kaluqa, Ryazan, Tula və Moskva vilayətləri üzərində Ukraynanın 58 pilotsuz uçuş aparatını məhv edib”.

Qeyd edək ki, dünən axşamdan etibarən Ukrayna Moskvanı kütləvi dron hücumuna məruz qoyub. Moskva istiqamətində 40-dan çox PUA-nın zərərsizləşdirildiyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir