Azərbaycan və Çin yeni investisiya təşəbbüslərinin gerçəkləşdirilməsini müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl
Cabbarovla “Silk Road Fund”ın idarəedici direktoru Deng Jinghua ilə
gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya
təşəbbüslərinin reallaşdırılmasına dair danışıqlar aparılıb.

Trend xəbər verir
ki, bu barədə M.Cabbarov öz rəsmi “X” səhifəsində məlumat
paylaşıb.




“Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf
perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər,
Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları nəzərdən
keçirildi”, – deyə nazirin paylaşımında qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir