Bakıda “tıxac vergisi” ödəniləcək

Baş səhifə

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bəs bu qərarın sürücülər üçün hansı üstünlükləri və çətinlikləri olacaq?

Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, ödənişli zonaların yaradılması gözlənilən addımdır:

“Bu, dünya təcrübəsində də mövcuddur və bəzən “tıxac vergisi” adlanır. Yəni bəzi ərazilərə giriş-çıxış məhdudlaşdırılacaq və həmin yerlərə daxil olmaq ödənişli olacaq. Bu addım sıxlığın, tıxacların azalmasına və insanların daha rahat hərəkət etməsinə xidmət edir”.

Qeyd edək ki, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və həmin zonalara daxil olma haqqının məbləği ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Sevinc
İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir