Hazırda ölkədə neçə təcili yardım maşını fəaliyyət göstərir? – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin
balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet
istehsalı olan avtomobillər qismən qalmaqdadır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.

Bildirilib ki, hazırda bu sahədə yenilənmə prosesi gedir və
köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması
istiqamətində işlər aparılır.




“Təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasız
avtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz
edilib.

Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi
çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun
gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə
qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə
verilib. Bu il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı
təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması
prosesinə başlanılıb.

Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması,
operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması
məqsədilə tədbirlər davam etdirilir”,- deyə məlumatda qeyd
edilib.