
Bakı. Trend:
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının
80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli
müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına
gəliblər.
Trend xəbər
verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin
başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.