
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının
80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayıb.
Trend xəbər
verir ki, iclası BMT Baş katibi Antonio Quterreş giriş nitqi ilə
açıb.
Sonra BMT Baş Asambleyasının builki Prezidenti Annalena Berbok
çıxış edəcək. Ardınca ənənəvi olaraq ilk çıxışı Braziliya
Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Daha sonra ABŞ
Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.
“Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan
hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna
müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf
məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət
ayrılacaq.
Yüksəksəviyyəli debatlar sentyabrın 30-na kimi davam edəcək.