Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır

Baş səhifə

Sabahdan Bakıda 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir