İctimai nəqliyyatda yeni maliyyələşdirmə mexanizmi necə olacaq? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Tənzimləyici orqan marşrut üzrə qət olunmuş ümumi məsafəni –
kilometrləri, bu həcmin yerinə yetirilməsi ilə bağlı kəmiyyət və
keyfiyyət göstəricilərini müəyyən edir və marşrut üzrə faktiki qət
olunmuş məsafəyə və göstərilən kəmiyyət və keyfiyyət
göstəricilərinin yerinə yetirilməsinə uyğun olaraq xidmətlərə görə
qanunla müəyyən edilmiş ödənişi daşıyıcıya edir”.

Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman
Hümmətov Trend
açıqlamasında bildirib. Nazir müavini həmçinin deyib ki, xidmətlərə
görə ödəniş müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin
səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərclərinin
və mənfəətinin ödənilməsi yolu ilə hesablanır:




“Bu yanaşma xidmətlərin kifayət qədər yüksək keyfiyyətini və
etibarlılığını təmin edir. O, beynəlxalq təcrübədə ictimai
nəqliyyat sisteminin fəaliyyətinin keyfiyyəti və fasiləsizliyi
baxımından daha dayanıqlı sistem olduğunu sübut etmişdir. Nazir
müavini amıqlayıb ki, gediş haqlarından yığılan vəsaitin
xidmətlərin ödənilməsi üçün istifadə edilməsi, bu kifayət etmədikdə
isə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondundan subsidiya şəklində
istifadə edilməsi təklif edilir”,-əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir