
Bakı. Trend:
Ötən il ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
arasında əldə olunmuş razılaşma ümid işığı gətirdi.
Trend xəbər verir
ki, bunu BMT baş katibi António Quterriş BMT Baş Assambleyası 80-
ci sessiyasında çıxışı zamanı bildirib.
“Ötən il, o cümlədən Kamboca ilə Tayland arasında atəşkəs və
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında əldə
olunan razılaşma ümid işığı gətirib. Lakin hələ də çoxsaylı
böhranlar nəzarətsiz qalır və cəzasızlıq hökmranlıq sürməyə davam
edir”, -deyə o bildirib.
Quterriş vurğulayıb ki, Təhlükəsizlik Şurası daha şəffaf və
səmərəli olmalıdır.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan
Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti və
Ermənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı Birgə
Bəyannamə imzalayıblar.
Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp
və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan
Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında
keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası xarici işlər naziri arasında sülh və dövlətlərarası
münasibətlərin yaradılması haqqında Saziş” layihəsini
paraflayıblar.