Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda olublar (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən,
xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin
Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil
edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisində
ucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə
hörmət və ehtiram nümayiş etdiriblər. Sonra hərbi institutun Vətən
müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi
ziyarət olunub.

17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri
hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris
prosesi ilə tanış olublar. Qonaqlara Heydər Əliyev adına Hərbi
İnstitutun fəaliyyəti barədə brifinq təqdim olunub, onları
maraqlandıran suallar cavablandırılıb.

Həmçinin hərbi attaşelər, hərbi təhsil ocağında yerləşən Heydər
Əliyev Muzeyinə gələrək Ümummilli Liderin həyat və siyasi
fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu
Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar
verilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir