Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova arasında görüş keçirilib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat
verilib.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud
media əlaqələrinin hazırkı vəziyyətinə toxunub.

O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin
əhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaq
layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin
səmərəliliyini artıracağını diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulova Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı
məlumat verərək türk xalqlarının ortaq mədəni dəyərlərinin
qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi
istiqamətində həyata keçirilən layihələrdən danışıb.

O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın
mühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində
müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi
aparıblar.