
Bakı. Trend:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin süni
intellekt əsaslı informativ elektron resursu yaradılacaq.
Trend-in
məlumatına görə, qurum bununla bağlı müvafiq işlərə start
verib.
Məlumata görə, elektron resursun yaradılmasında məqsəd xarici
istedadların ölkəyə cəlbini stimullaşdırmaqdır.
Belə ki, texnoloji investorlar və startaplara münasibətdə
Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim
etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması
nəzərdə tutulur.
Proses internet səhifəsinin texniki olaraq hazırlanması,
məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının
operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı
bot resursunun inteqrasiyasını əhatə edir. Resurs 3 ana
komponentdən ibarət olacaq: 1. informativ portal, 2. admin panel,
3. Sİ əsaslı sahəvi bot
Qeyd edək ki, qurum süni intellekt əsaslı informativ elektron
resursun yaradılmasının 325 173 manata başa gələcəyini
pronozlaşdırıb.